Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Los-Anceles limanı rekordunu 2,5% üstələyib

İyul ayında Los-Anceles limanının (ABŞ) terminallarında ilkin hesablamalara görə, 935 min 345 TEU işlənib. Bu da 2019-cu ildə müəyyən edilmiş əvvəlki rekorddan 2,5% çoxdur.

“Seanews.az”-ın məlumatına görə, hesabat dövründə liman 485 min 472 TEU yüklənmiş idxal konteyneri aşırıb ki, bu da 2021-ci ilin iyul ayı ilə müqayisədə 3,4% və əvvəlki beş ilin orta iyun göstəricilərindən 8% çoxdur.

Yüklənmiş ixrac konteynerlərinin işlənməsi 2021-ci ilin iyul ayı ilə müqayisədə 13% artaraq 103 497 TEU-ya çatıb. Keçən ay liman 346,376 TEU boş konteyner (+5%) işləyib.

Yanvar-iyul aylarında Los-Anceles limanında aşırılma 6,34 milyon TEU-dan çox olub.

Los-Anceles limanı ABŞ-ın ən böyük yükaşırma müəssisəsidir və 22 il ardıcıl olaraq ölkənin konteyner limanları arasında birinci yerdədir. San Pedro körfəzində 3,5 min hektar sahədə  yerləşən  limanın  27 terminalında ildə 190 milyon tona qədər yük aşırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır