Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

Məhkəmə Kamerun bayrağı altında üzən gəmini sərbəst buraxıb - VİDEO

Krasnodar diyarının Arbitraj məhkəməsi Tuapse limanında olan gəminin həbs qərarını ləğv edib. Birinci instansiya Marşal adalarında qeydiyyatdan keçən və Kamerun bayrağı altında üzən “Lider Bulut” teploxodu sahibinin ərizəsini təmin edib. Həmçinin, dəniz limanı kapitanının gəmiyə liman sularını tərk etməmək qadağası aradan qaldırılıb.

“Seanews.az” xəbər verir ki,işdə cavabdeh qismində - "ELOU ROSE Shipping LTD IMO" şirkəti olub. Müvəqqəti tədbirlər "Morspaslujba" Federal Dövlət Büdcə Qurumunun Azovo-Çernomorski şöbəsinin tələbi ilə 2022-ci ilin iyulunda tətbiq edilib.

Əvvəllər cavabdeh məhkəmənin depozitinə qoyulmuş 65 milyon rubl məbləğində nağd pulu xidmətlərə görə borcla əvəz etməyi xahiş edib. Məhkəmə vəsatəti təmin edib.

Qeyd edək ki, 2022-ci ilin iyun ayında Dəniz Xilasetmə Xidməti neft dağılmalarının qarşısının alınması da daxil olmaqla, saya oturan “Lider Bulut” gəmisinə xidmət göstərib. Federal Dövlət Büdcə Qurumunun məhkəmə yolu ilə bərpa etməyə çalışdığı 65 milyon rubl göstərilən xidmətlərin dəyəridir.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır