Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

“SM Line” şirkəti “HMM”-dəki payını artırıb

Koreyanın “SM Line” şirkəti “HMM”-dəki payını artırıb.

“Seanews.az”-ın məlumatına görə, “SM Line” 100 milyard von (76,6 milyon ABŞ dolları) qarşılığında “HMM”-in daha 3,77 milyon səhmini əldə edərək “Samra Midas” (“SM”) Qrupunun “HMM”-dəki payını 6,29%-ə çatdırıb.

Eyni zamanda, “SM” qrupunun digər şirkətləri, o cümlədən “Korea Shipping Corporation”, “Korea Line Corporation” (“KLC”) və “STX Construction”, həmçinin onun rəhbəri By O-hen də “HMM”-in səhmlərini alıblar.

“SM Group” “HMM”-in müvafiq olaraq 20,69% və 19,96%-ə sahib olan Koreya İnkişaf Bankı və “Korea Ocean Business Corp”-dan sonra üçüncü ən böyük səhmdarı olaraq qalır. Digər dövlət maliyyə institutu Koreya Kredit Zəmanət Fondu 5,02% payla “HMM”-nin dördüncü ən böyük səhmdarıdır.

“SM Line” 2016-cı ilin sonunda “Samra Midas Group Corporation” tərəfindən müflis olmuş “Hanjin Shipping” şirkətinin Sakit okean və daxili Asiya əməliyyatlarını satın almaq üçün yaradılmışdır. 2018-ci ildə hökumət milli gəmiçilik şirkətləri arasında lüzumsuz rəqabəti aradan qaldırmaq üçün iki operatorun Trans-Sakit okean əməliyyatlarının birləşdirilməsi imkanlarını müzakirə edib.

“SM Line”-nin sözçüsü bildirib ki, dekabr ayından başlayaraq “HMM”-nin səhmlərinin alınması investisiyadır və şirkətin “HMM” üzərində nəzarəti əldə etmək niyyəti yoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır