Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“DCT Qdansk” üçüncü terminalın tikintisi üçün podratçı seçib

Qdansk limanında eyniadlı konteyner terminalının operatoru olan “DCT Gdansk” üçüncü dərin su terminalının tikintisinə (“T3” layihəsi adlanır) dair müqavilə imzalayıb. Tenderin qalibi “Budimex S.A.” və “Dredging International NV” konsorsiumu olub.

“Seanews.az”-ın məlumatına görə,  “T3” layihəsinə dərinliyi 17,5 metr  və uzunluğu 717 metr olacaq yanalma körpüsünün tikintisi, 36,5 ha yeni terminal sahəsinin yaradılması, ən böyük konteyner gəmilərinin işlənməsi üçün 7 yeni yanalma kranının və 20 yarımavtomat portal kranın (“RMGs”) alınması daxildir.

İşlərə bu ilin sentyabrında başlanılması planlaşdırılır. Yeni terminalın 2024-cü ilin ortalarında kommersiya istifadəsinə verilməsi, layihənin isə 2025-ci ilin ikinci rübündə tam başa çatdırılması nəzərdə tutulur.

Birinci mərhələdə yeni terminal “DCT Qdansk”-ın ötürücülük qabiliyyətini ildə 1,7 milyon TEU artıraraq 4,5 milyon TEU-ya çatdıracaq. Layihənin tam icrası “DCT Gdansk”-ı Avropanın ən böyük konteyner terminalına çevirəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır