Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

“J.B. Hunt” gəmiçilik bazarına daxil olur

ABŞ-ın ən böyük logistika şirkətlərindən biri “J.B. Hunt” Çin və ABŞ-dakı limanları birləşdirən xidmətlərinin işə salınması ilə okean daşıma bazarına daxil olduğunu elan edib.

“Seanews.az”-ın məlumatına görə, ilkin mərhələdə şirkət uzunmüddətli müqavilə əsasında “Swire Shipping”-dən icarəyə götürülmüş iki gəmini istismar edir.

Mart ayında “J.B. Hunt” 150 000 ədəd yeni konteyner, həmçinin əlavə texnika almaqla növbəti üç-beş il ərzində konteyner parkını 40%-dən çox artırmağı planlaşdırır.

Keçən ayın sonunda icarəyə götürülmüş ilk “Johnelle” gəmisi Çindən təxminən 250 yeni konteynerin ilk partiyasını Vaşinqtonun “Everett” limanına çatdırıb. Konteyner avadanlığının ikinci partiyası ilə ikinci gəmi “Johnnie Bryan” iyunun 20-də Sindao limanından Los-Anceles limanına yollanıb. Liberiya bayrağı altında qeydiyyatdan keçən hər iki universal gəminin dedveyti 19,6 min tondur.

“J.B. Hunt” şirkətindən bildirilib ki, “Swire Shipping” ilə müqavilə ona yeni avadanlığın çatdırılmasını sürətləndirməyə və Çin ilə ABŞ arasında müştərilərinə ekspress göndərmə variantları təklif etməyə imkan verəcək.

Müqaviləyə əsasən Çinin Şenşen, Sindao və Şanxay limanları ilə ABŞ-ın Kaliforniya və Sakit okeanın şimal-qərb limanları arasında müntəzəm səfərlər həyata keçiriləcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır