Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“KSOE” şirkəti tankerlərin tikintisi ilə bağlı əvvəlki müqavilələri ləğv edib

Cənubi Koreyanın “Korea Shipbuilding & Offshore Engineering” (“KSOE”) şirkəti üç LNG tankerinin tikintisi ilə bağlı müqaviləsini daha yüksək qiymətə yeni sövdələşmələrlə əvəz edib.

“Seanews.az”-ın məlumatına görə, buna gəmi hissələrinin tədarükündə yaranan fasilələr səbəb olub.

Şirkət LNG tankerinin tikintisi üçün Okeaniyada qeydiyyatdan keçmiş yükdaşıyıcı şirkətlə 314,1 milyard von (240 milyon dollar) dəyərində müqavilə bağladığını bildirib. Müqavilə 2021-ci ilin yanvar ayında Liberiyada qeydiyyata alınmış gəmiçilik firması üçün 198,9 milyard von (təxminən 152 milyon dollar) məbləğində ilkin sifarişi əvəz edib. Gəmiqayırma zavodu həmçinin Liberiya gəmiçilik şirkəti üçün iki LNG tankerinin tikintisi ilə bağlı 420,7 milyard von (təxminən 322 milyon dollar) dəyərində sifarişi Okeaniya qeydiyyatında olan şirkətlə 628,2 milyard vonluq yeni müqavilə ilə əvəz edib.

Şirkət ilk sifarişlərin hansı ölkələrdən verildiyini açıqlamasa da, onların Rusiya şirkətləri olduğunu düşünənlər az deyil.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır