Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

“Maersk” Beynəlxalq Gəmiçilik Palatasının Direktorlar Şurasından çıxır

“Maersk” şirkəti Beynəlxalq Gəmiçilik Palatasının Direktorlar Şurasından istefa verir.

“Seanews.az”-ın məlumatına görə, Danimarkanın ən böyük gəmiçilik şirkəti olan “Maersk” Beynəlxalq Gəmiçilik Palatasının (ICS) ekoloji məqsədlərində kifayət qədər qətiyyətli olmadığı qənaətindədir və diqqətini dəniz sənayesinin maraqlarını müdafiə edə biləcək Dünya Gəmiçilik Şurasına (WSC) yönəltməyə qərar verib.

“Maersk” üzvü olduğu bütün təşkilatların fəaliyyətinin Paris Sazişinin məqsədlərinə və digər müvafiq məsələlərə uyğunluğuna əmin olmaq üçün ildə bir dəfə onlara öz üzvlüyünü nəzərdən keçirir.

“Bu baxışın nəticələrindən biri də Dünya Gəmiçilik Şurasına dəstək vermək və onun üçün daxili resurslar ayırmaq qərarı olub”, – deyə “Splash” nəşri “Maersk” şirkətinə istinadən yazır. - " Beynəlxalq Gəmiçilik Palatasının idarə heyətini tərk etmək qərarımıza da məhz bu məntiqdən yanaşılmalıdır."

Nəşrin yazdığına görə, iyun ayında Beynəlxalq Gəmiçilik Palatası IMO-ya üzv dövlətləri 5 milyard dollarlıq karbonsızlaşdırma üzrə tədqiqat və inkişaf fondu təklifini qəbul etməyə inandıra bilməyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır