Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

“GTT” tikilməkdə olan üç gəminin yük anbarlarının layihələndirilməsi üçün sifariş alıb

Fransanın təzyiq sistemlərinin layihəçisi və istehsalçısı “GTT” şirkəti üç mayeləşdirilmiş təbii qaz  tankerinin  175 min kubmetr tutumlu yük anbarlarının layihələndirilməsi üçün sifariş alıb.

“Seanews.az”-ın məlumatına görə, anbarlar şirkətin “Mark III Flex” membran sızdırmazlığı sistemi ilə təchiz olunacaq.

Sifarişçi Çinin “Jiangnan” gəmiqayırma zavodudur.

Mayeləşdirilmiş təbii qaz tankerlərinin istismara verilməsi 2025-ci ilin üçüncü və 2026-cı ilin ikinci rübünə planlaşdırılır.

Qeyd edək ki, “GTT” (“Gaztransport & Technigaz”) 1994-cü ildə “Gaztransport” və “SNTechnigaz” şirkətlərinin birləşməsi nəticəsində yaranıb və LNG tankerləri və quruda LNG çənləri ilə daşınmaq üçün möhürlənmiş qaz anbar sistemlərinin işlənib hazırlanması üzrə ixtisaslaşıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır