Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-06,
Seanews
Heyder Eliyev

Terminalın gücü ildə 10-15 milyon TEU təşkil edəcək

Vyetnam Dəniz Korporasiyası (“VIMC”) və “MSC” şirkəti  Hoşimi şəhərində beynəlxalq konteyner terminalı tikmək üçün Vyetnam hökumətinə təkliflə müraciət edib.

“Seanews.az”-ın məlumatına görə, layihənin dəyəri 6 milyard dollar qiymətləndirilir. Terminalın gücü ildə 10-15 milyon TEU təşkil edəcək.

“Container News” yazır: “MSC” getdikcə bahalaşan yükün bir hissəsini gələcəkdə Sinqapur limanından Hoşimidəki terminala yönləndirmək niyyətindədir”.

Layihənin yeddi mərhələdə həyata keçirilməsi planlaşdırılır. “MSC” və “VIMC” tikintiyə 2024-cü ildə başlamaq və birinci mərhələni 2027-ci ildə başa çatdırmaq niyyətindədirlər. Sonuncu - yeddinci mərhələ 2040-cı ildə həyata keçiriləcək.

Güman edilir ki, gələcək konteyner terminalı Vyetnamın iqtisadi inkişafında irəliləyiş əldə etməyə kömək edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır