

“HHLA” və “Eurogate” Almaniyada konteyner terminallarının birgə fəaliyyəti ilə bağlı danışıqları təxirə salıblar
Almaniyanın aparıcı terminal operatoru olan “Hamburger Hafen und Logistik” (“HHLA”) və onun Bremendə yerləşən rəqibi “Eurogate” qarşılıqlı əməkdaşlıq üzrə danışıqların dayandırıldığını bildiriblər.
“Seanews.az”-ın məlumatına görə, tərəflər - “HHLA”, “Eurokai” və “BLG Logistics Group AG” şirkətləri arasında 2020-ci ilin may ayından Hamburq, Bremerhaven və Vilhelmshaven terminallarında konteynerlərin daşınması sahəsində daha sıx əməkdaşlıq imkanlarına dair ilkin danışıqlar aparılıb.
“HHLA” açıqlamasında bildirib ki, "Mövcud geosiyasi vəziyyəti və onun gözlənilməz nəticələrini nəzərə alaraq, terminal operatorları “HHLA” və “Eurogate” əməkdaşlıq danışıqlarını ümumi iqtisadi şəraitin uğurlu davamını təmin etmək üçün kifayət qədər sabitləşənə qədər təxirə salmağa razılaşıblar.”
Tərəflər bu günə qədər aparılan danışıqların nəticələrini açıqlamamaq barədə razılığa gəliblər.