Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-08-18,
Seanews
Heyder Eliyev

“London P&I Club”-dan yeni təyinatlar

Gəmiçilik sənayesində sığorta və təzminat xidmətlərinə, eləcə də Asiyada müvafiq dəniz sığortası məhsulları dəstinə artan tələbata cavab olaraq “London P&I Club” Honkonq ofisində yeni rəhbər təyinatları etmək qərarına gəlib.

“Seanews.az” xəbər verir ki, 2007-ci ildən London Cəmiyyətində çalışan Y. Debora  9 il bu şirkətdə çalışan və iyunun sonunda “London P&I Club”-dan ayrılan Frank Henin yerinə Honkonq ofisinin yeni baş direktoru təyin edilib.

Dörd ildir, şirkətdə işləyən və 2021-ci ildə iddialar üzrə direktor müavini olan Fiona Pounds Honkonq ofisinin baş direktorun müavini vəzifəsini icra edəcək.

Kitson Funq, Venji Qao və Jems Calz Honkonq ofisində baş dəniz sığortaçıları təyin ediliblər.

Bunlarla yanaşı, ingilis və Çin hüququ üzrə mütəxəssis və nəqliyyat zərərləri sahəsində böyük təcrübəyə malik Sofi Li şirkətin İddialar Departamentinə rəhbərlik edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır