Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-25,
Seanews
Heyder Eliyev

Honkonq limanında ildə 456 min gəmidə yük əməliyyatı həyata keçirilir

2022-ci ilin yanvar-may aylarında Çinin Honkonq limanının konteyner dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azalaraq 6,76 milyon TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, limanın ən böyük konteyner terminalı Kvai Sinq vasitəsilə aşırmaların həcmi 8,3% azalaraq 5,5 milyon TEU-ya, digər terminallar vasitəsilə isə 2,6% artaraq 1,25 milyon TEU-ya çatıb.

Honkonq limanı dünyanın ən böyük yükaşırma müəssisələrindən biridir. Limanda ildə 456 min gəmidə yük əməliyyatı həyata keçirilir.

2021-ci ildə limanın konteyner dövriyyəsi 17,8 milyon TEU təşkil edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır