Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Yaponiya Şərqi Çin dənizində platformanın quraşdırılmasına görə Çinə etiraz edir

Yaponiya hökuməti iki ölkənin eksklüziv iqtisadi zonalarının demarkasiya olunmadığı Şərqi Çin dənizinin mübahisəli ərazisində dəniz platformasının quraşdırılması ilə əlaqədar ÇXR-ə etiraz edib.

“Seanews.az”  xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda deyilir.

“Kyodo” agentliyinin məlumatına görə, Çin hakimiyyəti ərazidə yerləşən qaz yatağının sonrakı işlənməsi üçün platforma yerləşdirib.

Çin Yaponiyanın iki ölkənin iqtisadi zonalarını müəyyən etmək üçün çəkdiyi xətti tanımır və onun çox şərqə - demək olar ki, Yaponiyanın cənubundakı Okinava adasının yaxınlığından getməli olduğunu iddia edir. Beynəlxalq hüquqa görə, bu qəbildən olan mübahisə iki ölkə arasında razılaşma yolu ilə həll edilə bilər.

Vəziyyəti Tokionun nəzarəti altında olan Şərqi Çin dənizində yerləşən, yaşayış olmayan Senkaku (Diaoyu) adaları problemi daha da gərginləşdirir. Pekin onları qeyri-qanuni işğal olunmuş əraziləri hesab edir və bu mövqeyi təsdiqləmək üçün mütəmadi olaraq adalara patrul gəmiləri göndərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır