Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

ABŞ prezidenti Dəniz İslahatı Qanununu imzalayıb

ABŞ prezidenti Co Bayden Dəniz İslahatı Qanununu imzalayıb.

“Seanews.az” xəbər verir ki, bu, son 30 ildə beynəlxalq konteyner daşımaları üzrə federal qaydalara edilən ilk böyük dəyişiklikdir.

Ağ Evdə keçirilən imzalanma mərasimində Co Bayden bildirib ki, qanun “gəmiçilik şirkətlərinin Amerika ailələri, fermerləri və müəssisələrindən öz məqsədləri üçün faydalanmasına mane olacaq”.

"Onlar qazanc əldə edirdilər və xərclər təxmin etdiyiniz kimi, birbaşa istehlakçılara ötürülürdü,"- deyib.

Ehtimal olunur ki, Dəniz İslahatı Qanunu ABŞ-da davam edən tədarük zənciri böhranını həll etməyə kömək edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır