Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

“Alfa Laval” gəmi yük çənlərinin təmizlənməsi üzrə ixtisaslaşan şirkəti satın alır

"Alfa Laval” konserni gəmi yük çənləri təmizləmə avadanlığının aparıcı təchizatçısı olan “Scanjet” şirkətini almaq üçün müqavilə imzalayıb. “Scanjet”-in alınması “Alfa Laval” şirkətinin tankerlərin yük çənlərinə xidmət üçün texnoloji həllər portfelini genişləndirəcək.

“Seanews.az” xəbər verir ki, yarım əsr əvvəl yaradılmış “Scanjet” indi yük çənlərinin təmizlənməsi üçün ümumi həllərin əsas təchizatçısı, həm sabit, həm də daşınan iş avadanlığının və müxtəlif rəqəmsal yük tanklarının idarə edilməsi proqramlarının təminatçısıdır. “Scanjet” texnologiyası “Framo” sualtı yük nasosları, “Smit” inert qaz sistemi və digər qrup həlləri daxil olmaqla, “Alfa Laval” portfelini tamamlayan istənilən növ yük tankına xidmət göstərəcək. “Scanjet” əlavə olaraq, çənlərə texniki xidmətin əsas aspektlərini özündə birləşdirən “İTAMA” ağıllı idarəetmə sistemini işləyib hazırlayıb.

İsveç şirkətinin istehsal müəssisələri işçi heyəti ilə birlikdə “Alfa Laval” şəbəkəsinə inteqrasiya olunacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır