

Türkiyə və Pakistan birlikdə 4 freqat inşa edəcək
Türkiyə və Pakistan arasında hərbi sənaye sahəsində əməkdaşlıq genişləndiriləcək.
Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, 2023-cü ilin avqust ayında ikisi Türkiyədə, ikisi də Pakistanda olmaqla, cəmi 4 freqat tipli gəminin təhvil-təslim işləri başlayacaq.
Bundan əlavə, Ərdoğan ölkəsi ilə Pakistan arasında bütün sahələrdə əməkdaşlığın qenişləndirilməsinin vacibliyini vurğulayaraq, “Türkiyə-Pakistan Yüksək Səviyyəli Strateji Əməkdaşlığı” iclasının bu ilin sentyabr ayında Pakistanda baş tutacağını qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır