

İndoneziyada içərisində 43 sərnişinin olduğu gəmi batıb
İndoneziyanın Sulavesi adası sahillərində 43 sərnişinin olduğu gəmi batıb.
Trend-in məlumatına görə, xilasedicilər 17 nəfəri çıxara bilib.
Hazırda gəmidə olan digər 26 nəfərin axtarışları davam etdirilir.
İlkin məlumatlara əsasən, qəzaya gəmidə mazut çatışmazlığı və əlverişsiz hava şəraiti səbəb olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır