Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Dəniz sərhədlərinin qorunmasına yönəlmiş təşəbbüs irəli sürüləcək

Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın daxil olduğu Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Dördlü) liderləri Tokioda dəniz sərhədlərinin təhlükəsizliyinə yönəlmiş təşəbbüslə çıxış edəcəklər.

“Seanews.az” xəbər verir ki, bu barədə Ağ Evin bazar ertəsi dərc olunmuş məlumatında deyilir.

"Tokio sammitində liderlər böyük dəniz təşəbbüsünü - Dəniz Maarifləndirilməsi üzrə Hind-Sakit Okean Tərəfdaşlığının (IPMDA) yaradılmasını dəstəkləyəcəklər.

Bildirilir ki, IPMDA-nın köməyi ilə Sakit okean adaları, Cənub-Şərqi Asiya və Hind okeanındakı tərəfdaşlar öz dəniz sərhədlərində vəziyyətə tam nəzarət edə, o cümlədən qeyri-qanuni gəmiçilik və yaxınlaşan gəmiləri izləyə biləcəklər. Bundan əlavə, təşəbbüs tərəfdaşların “azad və açıq Hind-Sakit okeanı qorumaq” bacarıqlarını gücləndirəcək.

Avstraliya, Hindistan, ABŞ və Yaponiya beş il ərzində IPMDA-ya investisiyalar vasitəsilə sülh, sabitlik və firavanlıq üçün əsas tələb olan dənizçilik sektoru haqqında regionun məlumatlılığının artırılmasına töhfə vermək öhdəliyi götürüblər.  Bəyanatda sərmayə qoyulan vəsaitin məbləği açıqlanmır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır