Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

339 milyon avro dəyərində müqavilə 440 metrlik quru dokun inşasını da nəzərdə tutur

Yeni quru dokun tikintisinin ikinci mərhələsi üçün müqavilə Qərbi Liquriya limanının rəhbərliyi və “Consorzio Stabile Grandi Lavori” (“Consorzio Integra Società Cooperativa” və “Trevi Spa” podratçılarının birgə müəssisəsi) tərəfindən imzalanıb.

“Seanews.az” xəbər verir ki, ilkin tikinti işlərinə bu ilin yazında başlanması gözlənilir.

338 milyon 665,9 min avro dəyərində olan müqavilə “Sestri Ponente” sənaye sahəsinin genişləndirilməsini və yeni nəsil iri gəmilərin tikintisi üçün yeni 440 metrlik quru dokun inşasını nəzərdə tutur.

İkinci mərhələ Genuya-Sestri Ponente limanı ərazisində çay bəndlərinin tikintisini və hidravlik işləri əhatə edən geniş planın bir hissəsidir. İnkişaf planı Genuya limanı üçün 2,3 milyard avro dəyərində investisiya proqramı çərçivəsində həyata keçiriləcək ən mürəkkəb mühəndislik layihələrindən biri hesab olunur.

 “Müqavilənin imzalanması bizə Genuya limanının əsas sektorunda layihələndirmə və tikinti işlərinə başlamağa imkan verəcək. Genuyadakı gəmi təmiri və gəmiqayırma mərkəzi həm istehsal gücünə, həm də təklif olunan xidmətlərin yüksək keyfiyyətinə görə dünyanın aparıcı mərkəzlərindən biridir və yerli iqtisadiyyata əhəmiyyətli təsir göstərir. Yeni quru dok İtaliyanın əsas limanının liderliyini gücləndirmək üçün nəzərdə tutulub”,- deyə Qərbi Liquriya limanın rəhbəri Paolo Emilio Sinorini bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır