Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-02,
Seanews
Heyder Eliyev

ABŞ sanitariya orqanları kruiz gəmilərində səyahətə icazə verib

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi kruiz gəmilərində 2020-ci ildə pandemiyanın başlanğıcından bəri qüvvədə olan COVID-19-a yoluxma ehtimalı ilə bağlı xəbərdarlığı ləğv edib.

“Seanews.az” xəbər verir ki, bundan sonra kruiz gəmilərində təhlükəsizlik barədə qərarı istehlakçılar özləri verməlidirlər.

COVID-19-a yoluxma riskinin yüksək olması ilə bağlı xəbərdarlığın ləğv edilməsinə səbəb “pandemiya ilə bağlı mövcud vəziyyət və son bir neçə həftə ərzində kruiz gəmilərində yoluxma hallarının azalması” olub.

Kruiz sənayesinin nümayəndələri ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin bir çox amerikalıların yay tətili üçün planlar hazırladığı vaxta təsadüf edən qərarını alqışlayıblar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır