Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-09-15,
Seanews
Heyder Eliyev

Türkiyə Qara dənizin qərbində mina kəşfiyyatı işləri aparır

Türkiyənin Hərbi Dəniz Qüvvələri Qara dənizin qərbində tapılan minalarla bağlı kəşfiyyatı işləri aparır.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verib.

Türkiyənin mina axtaran gəmiləri və dəniz patrul təyyarələrinin həyəcan vəziyyətinə gətirildiyini bildirən nazir bununla bağlı daxil olan məlumatların dərhal dəyərləndirildiyini və lazımi tədbirlərin görüldüyünü deyib.

Hulusi Akar son günlər Qara dənizdə tapılan minaların mənbəyinin araşdırıldığını, dəqiq məlumat olmadan heç bir fikir irəli sürə bilmədiklərini qeyd edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır