

Ukrayna buzqıranı Antarktidaya səfərini davam etdirib
Ukraynanın “Noosfer” elmi-tədqiqat gəmisi Antarktidaya səyahətini davam etdirib. Buzqıran martın 30-da Neko limanına çatmalıdır. Daha əvvəl Qərb mətbuatında buzqıran gəminin Çilidə gecikdiyi və Ukraynadakı hadisələrə görə onun missiyasının yarımçıq qala biləcəyi xəbəri yayılmışdı.
“Seanews.az” xəbər verir ki, buzqıran əvvəllər Britaniyaya məxsus olub və “James Clark Ross” adı ilə istismar edilib. 2021-ci ildə gəmidə Ukrayna bayrağı qaldırıldıqdan sonra adı dəyişdirilib və "Noosfer" adlandırılıb.
Elmi-tədqiqat gəmisi cari il yanvarın 22-də Odessadan Antarktikadakı “Akademik Vernadski” stansiyasına ekspedisiyaya yola düşüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır