Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-02,
Seanews
Heyder Eliyev

Rusiyanın gəmiqayırma və gəmi təmiri müəssisələri də sanksiyalar siyahısına əlavə edilib

Yaponiya sanksiyalar siyahısına Rusiyanın bir sıra gəmiqayırma, gəmi təmiri və bu sahə ilə əlaqəli müəssisələrini də əlavə edib.

“Seanews.az” xəbər verir ki,  siyahıya “Amur” Gəmiqayırma Zavodu, Gəmi İnşası və Gəmi Təmiri Texnologiyaları Mərkəzi, “Kronştat” Qrupu, “Uzaqzavod Gəmi Təmiri Mərkəzi” ASC, “Pella-Maş” ASC, “Vımpel” Gəmiqayırma Zavodu ASC daxildir.

Sanksiyalar aktivlərin dondurulmasını və maliyyə əməliyyatlarına qadağanı nəzərdə tutur.

Sanksiyalar siyahısında olan şirkətlər “ikili təyinatlı mallar və texnologiyalar, habelə Rusiya müdafiə və təhlükəsizlik sektorunun texnoloji təkmilləşdirilməsinə töhfə verə biləcək mal və texnologiyalar üzrə ciddi ixrac məhdudiyyətlərinə” məruz qalır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır