

NATO-nun gəmiləri Estoniyaya hərbi texnika gətirib
NATO ölkələrinin gəmiləri Estoniyaya hərbi texnika və ləvazimat gətirib.
APA-nın xəbərinə görə, bu barədə Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, Birləşmiş Ekspedisiya Qüvvələrinin gəmiləri Birləşmiş Krallığın və Danimarkanın gəmilərini müşayiət edib. Gəmilər NATO-nun döyüş qrupunun ehtiyatlarını artırmaq üçün Estoniyaya hərbi texnika və ləvazimat gətirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır