





Ukraynaya məxsus gəmi Türkiyədə balıqçı gəmisi ilə toqquşub
Ukraynanın "Vectis Isle" adlı 99 metrlik kargo gəmisi Bolgarıstandan Yunanıstana gedərkən Türkeli Feneri sahillərində balıqçı gəmisi ilə toqquşub.
"Seanews.az" xəbər verir ki, dərhal Sahil Təhlükəsizlik Müdirliyinin "Kurtarma-11" və "Mehmetçik" yedək gəmiləri və "KEGM 6" qayığı kömək üçün əraziyə göndərilib.
"Vectis Isle" təhlükəsiz şəkildə Türkeli Dəmir Bölgəsinə gətirilib.
Hazırda hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır