

Çin donanmasını modernləşdirməyə çalışır
Çinin ən böyük gəmiqayırma zavodlarından biri modernləşdirildikdən sonra sahəsi də yarıya qədər artacaq.
“Seanews.az” xəbər verir ki, Çin Dövlət Gəmiqayırma Korporasiyasının (”China State Shipbuilding Corporation”) Jiangnan gəmiqayırma zavodunun bu ölkənin Hərbi Dəniz Qüvvələri üçün əhəmiyyəti böyükdür, çünki o, təyyarədaşıyan gəmilər, kreyserlər, esmineslər və sualtı qayıqlar inşa edir. Hazırda gəmiqayırma zavodu 7,3 kvadratmetrdən çox ərazini tutur. Mütəxəssislərin fikrincə, istehsalın genişləndirilməsi nəticəsində onun sahəsi təxminən 50% artacaq. Tərsanədə gəmilərin üzən hissəsini tamamlamaq üçün yeni hovuz və eyni zamanda bir neçə sifarişin eyni vaxtda yerinə yetirilməsi üçün böyük quru dok tikiləcək.
Çinin donanmasının gücləndirilməsi proqramı çərçivəsində artıq bir neçə gəmiqayırma zavodu modernləşdirilib və onların istehsal gücü artırılıb. Məsələn, Uhan yaxınlığında sualtı qayıqların tikintisi üçün yeni obyektlər yaradılıb. Bundan əlavə, Huludaoda nüvə sualtı qayıqlarının istehsalı zavodu modernləşdirilib.