

Şimali Kiprə sahil mühafizə katerləri təhvil verilib
Türkiyənin “Ares” Gəmiqayırma Zavodunda inşa olunan 3 ədəd sürətli patrul kateri Şimali Kiprin Sahil Mühafizə Komandanlığına təhvil verilib.
“Seanews.az” xəbər verir ki, “Ares 35 FPB” sahil mühafizə katerləri Girne limanında təşkil edilən mərasimlə Şimali Kiprin arsenalına daxil edilib.
Karbonla gücləndirilmiş qabaqcıl kompozit materialdan hazırlanan katerlərin uzunluğu 11,90 metr, eni 3,76 metrdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır