

Duysburq limanı Belarusla əməkdaşlığı dayandırır
Almaniyanın Duysburq çay limanının sahibi və operatoru “Duisburger Hafen AG” Ukraynadakı vəziyyətlə əlaqədar Belarusla əməkdaşlığa xitam verdiyini açıqlayıb. Şirkətin məlumatında bildirilir ki, o, Velikiy Kamen sənaye və logistika mərkəzi (0,59% pay) və “Eurasian Rail Gateway” dəmir yolu terminalının (38,9% pay) səhmdarlarının tərkibindən çıxır.
“Seanews.az” xəbər verir ki, Avropanın ən böyük çay limanlarından olan Duysburq Şimalda Dinslaken, şərqdə Oberhauzen və Mülhaym, cənubda Ratingen və Düsseldorf, qərbdə Krefeld və Myors ilə həmsərhəddir.
“Duisburger Hafen AG” törəmə müəssisələri ilə “Duisport Group” kimi fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır