

“Finnlines” Rusiyaya səfərləri dayandırıb
“Finnlines” Avropadakı geosiyasi hadisələrdən narahatdır və buna görə də Rusiyaya və Rusiyadan planlaşdırılan səfərlərini növbəti xəbərdarlığa qədər dayandırmaq qərarına gəlib.
“Seanews.az” xəbər verir ki, şirkət qrafiklə Sankt-Peterburqdakı Bronka limanına gəmi səfərlərini həyata keçirirdi.
“Finnlines” Baltik və Şimal dənizlərində yük və sərnişin daşınmasını həyata keçirən ən böyük şirkətlərdən biridir. “Finnlines”-in donanması Aralıq dənizi, Qərbi Afrika və Şimali və Cənubi Amerikanın Atlantik sahillərində müxtəlif gəmiçilik xətlərinə xidmət göstərir.
Qeyd edək ki, ən böyük beynəlxalq operatorlar – “Maersk”, “Mediterranean Shipping Company” (MSC), “CMA CGM”, “Hapag Lloyd” və “ONE” - müvəqqəti olaraq Rusiyaya gəmi səfərlərindən imtina ediblər.