Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

“Maersk Group”-a daxil olan “Sealand” şirkətinə yeni direktor təyin edilib

Aruna Hussain martın 1-də “Maersk Group”-a daxil olan “Sealand” şirkətinin idarəedici direktoru vəzifəsinə təyin edilib.

“Seanews.az” xəbər verir ki,  A.Hüseyn 2000-ci ildə “Maersk”-ə gəlib, Pakistan və Böyük Britaniyada biznes və ticarətə cavabdeh olan bölmələrdə, sonra isə “Damco” şirkətinin Pakistan ofisində çalışıb.

O, 2010-cu ildə Avstraliyaya köçüb və burada bir neçə il ABŞ-ın e-ticarət üzrə ixtisaslaşan “Wayfair” şirkətində təchizat zənciri və əməliyyatlar üzrə regional direktor vəzifəsində çalışıb. 2016-cı ildə Pakistana və “Damco”-ya Yaxın Şərq regionu üzrə ölkə ofisinin birinci meneceri kimi qayıtdıqdan sonra şirkətin əməliyyatlar üzrə baş direktoru vəzifəsinə yüksəlib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır