

Hündürlükdən yıxılan dənizçinin həyatını xilas etmək mümkün olmayıb
Danimarkanın Assens limanında “DANMARK” gəmisinin heyət üzvlərindən biri faciəvi şəkildə həlak olub.
“Seanews.az” xəbər verir ki, 23 yaşlı dənizçi dor ağacında işləyərkən hündürlükdən yıxılıb.
Danimarkadan olan gənc xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Bu, cari ayda ikinci belə faciəvi hadisədir. Bundan əvvəl bir könüllü Texas ştatının Qalveston şəhərində dokda dayanarkən yelkənli “ELISSA” gəmisinin takelajından yıxılaraq dünyasını dəyişmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır