Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-07,
Seanews
Heyder Eliyev

Təyyarədaşıyan gəmi son səfərinə çıxıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmisi “USS Kitty Hawk” Vaşinqton ştatının Bremerton şəhərindəki Kitsap hərbi dəniz bazasından son səfərinə çıxıb.  

“Seanews.az” xəbər verir ki, əfsanəvi təyyarədaşıyan Texas ştatının Braunsvil şəhərindəki gəmiqayırma zavodunda metal qırıntısı kimi doğranacaq. Təxminən yarım əsr Amerika dövlətinə xidmət edən gəmi cəmi bir sentə satılıb.

Panama kanalını keçmək üçün çox böyük olduğundan, təyyarədaşıyan gəmi Atlantik və Sakit okeanları arasında təbii keçid olan Magellan boğazı ilə Texasa istiqamət götürüb.

“Kitty Hawk” təyyarədaşıyanının tarixini ABŞ-ın soyuq müharibə dövründəki tarixinin aynası da saymaq olar. 1960-cı ildə istifadəyə verilib, 48 il xidmət edib.  Gəmi döyüş əməliyyatlarında iştiraka Vyetnam müharibəsində  başlayıb, Əfqanıstanda, İraqda olub. “U-2” casus təyyarələrinin göyərtəsindən buraxılması imkanlarını sınaqdan keçirib...

Maraqlıdır ki, “Kitty Hawk” ABŞ Hərbi Dəniz Qüvvələrinin neft yanacağı ilə işləyən sonuncu təyyarədaşıyan gəmisi olub. Müasir donanma tamamilə nüvə enerjisi ilə işləyən təyyarədaşıyıcılardan ibarətdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır