Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Yeni növ koronavirusun aşkarlanması ilə əlaqədar məhdudiyyətlər gücləndirilib

Çində “Covid-19” virusunun yeni ştamı ilə xəstəliyə ilk yoluxma halları qeydə alınıb. 14 milyon əhalisi olan Tyanszin liman şəhərində qismən karantin tətbiq edilib və şəhəri tərk etməyə hazırlaşan hər kəs xəstəliyin olub-olmaması ilə bağlı məcburi testdən keçirilir.

“Seanews.az” xəbər verir ki,  şəhərdə həm uşaqlar, həm də böyüklər olmaqla 40 nəfərin testi müsbət çıxıb. Bunlardan ən azı ikisində koronavirusun (omikron) yeni ştamının olduğu bildirilir. Şəhər hakimiyyəti şəhər ərazilərində yaşayanların hərəkətinə tam təcriddən qismənədək üç səviyyəli məhdudiyyətlər tətbiq edib.

Liman işçiləri arasında xəstəlik hallarına rast gəlinməyib və limanda yük əməliyyatları dayandırılmayıb.

Tyanszin limanı ÇXR-in şimalında ən böyük yükaşırma müəssisəsi və Pekinin əsas dəniz qapısıdır. 2021-ci ilin sonunda limanda 20 milyon TEU-dan çox yük işlənib ki, bu da rekord göstəricidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır