Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

İstanbul boğazında gəmi hərəkəti dayandırılıb

“Brave Night” quru yük gəmisinin maşın şöbəsində yaranan problem səbəbindən İstanbul boğazında hərəkət hər iki istiqamətdə dayandırılıb.

"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, Türkiyənin Tekirdağ şəhərindən Rumıniyaya gedən gəmi Sultan Səlim Yavuz körpüsünün şimal hissəsi yaxınlığında sıradan çıxıb.

“KURTARMA-8” yedək gəmisi və “KEGM-6” qayığı hadisə yerinə göndərilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır