Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-26,
Seanews
Heyder Eliyev

“UECC” üçün inşa olunan üçüncü PCTC hibrid avtomobil daşıyıcısı suya salınıb

Şanxaydakı “Jiangnan” gəmiqayırma zavodu “UECC” üçün yeddi ay əvvəl bünövrəsi qoyulan  üçüncü PCTC hibrid avtomobil daşıyıcısını suya salıb.

“Seanews.az” xəbər verir ki,  gəminin uzunluğu 196 metr, eni 28 metrdir. 10 göyərtəsi olan gəminin avtomobil tutumu 3,6 min ədəddir.

Avtomobil daşıyan gəmi  “Battery Hybrid LNG Solution” sistemi ilə təchiz olunacaq və həm CNG, həm də akkumulyatorla işləyə biləcək. Bunun sayəsində “UECC” şirkətində 2030-cu ilə qədər karbon qazı emissiyalarını 40% azaltmaqla bağlı IMO-nun tələbini yerinə yetirəcəyini düşünürlər.

Şirkətin  “Auto Advance” adlı ilk hibrid avtomobil daşıyıcısı 2021-ci ilin yazında istismara verilib. İkinci və üçüncü gəmilərin təhvil verilməsi bu ilin ikinci yarısına planlaşdırılır, bundan sonra “UECC”-in donanmasında LNG ilə işləyən beş gəmi olacaq.

 “UECC” qeyd edir ki, Avropa İttifaqı 2023-cü ilə planlaşdırılan gəmiçilik üçün emissiyasız daşıma  sistemini tətbiq etdikcə, ikili yanacaqlı hibrid texnologiyaları rəqabətqabiliyyətli olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır