Ötən il La-Manş boğazını keçən miqrantların sayı artıb
2021-ci ildə La-Manş boğazını keçən miqrantların sayı 2020-ci illə müqayisədə təqribən üç dəfə artaraq 28 mini ötüb.
AZƏRTAC xəbər verir ki, açıqlanan rəqəmlərə əsasən ötən il ən azı 28 min 431 miqrant kiçik qayıqlarla La-Manş boğazını keçib. Bu rəqəm 2020-ci ildə 8417 olub.
Miqrantlar ötən il ən çox noyabr ayında bu boğazdan istifadə ediblər.
Böyük Britaniya hökuməti isə ölkəyə qeyri-qanuni yollarla daxil olmağı cinayət hesab etməyi planlaşdırır. Hökumətin hazırladığı Vətəndaşlıq və Sərhəd Qanunu layihəsi təsdiq olduqdan sonra, insan qaçaqmalçıları da ömürlük həbsə məhkum edilə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır