

Murmanskda üzən yanalma körpüsü batıb
Murmanskda dəniz terminalı ərazisində hidrotexniki qurğu batıb.
“Seanews.az” xəbər verir ki, üzən yanalma körpüsünün ümumilikdə 9 pontonundan 3-ü suyun altındadır.
Qəza nəticəsində xəsarət alan olmayıb, ətraf mühitə ziyan dəyməyib. Hazırda bu faktla bağlı yoxlama aparılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır