Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Şimali Koreya son 5 ildə ilk yük gəmisini suya buraxıb

Şimali Koreya son beş ildə ilk yük gəmisini suya salıb. Dedveyti 12 min ton olan “Janq Su San” adlı gəmi Nampo şəhərindəki “Ryongnam Dockyard” tərsanəsində inşa edilib.

“Seanews.az” xəbər verir ki, 2017-ci ildən bəri Şimali Koreya mediası yük gəmisinin suya salındığını rəsmən ilk dəfə elan edib. 2017-ci ilin aprel ayında eyni tərsanədə Şimali Koreya hakimiyyəti 5000 dedveytli yük gəmisi “Jaryok”a ad vermə mərasimi keçirib.

ABŞ səlahiyyətlilərinin sanksiyaları pozmaqda, yəni "Şimali Koreyadan qeyri-qanuni kömür daşımaqda" ittiham edərək eyni tipli 17000 dedveytli “Wise Honest” gəmisini ələ keçirdikdən sonra “Jang So San” hazırda Şimali Koreyanın ən böyük gəmisi hesab olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır