İran koronavirus səbəbindən 8 ölkənin dənizçilərinə ölkəyə girişi qadağan edib
İran 8 ölkədən gəmilərin ekipajının ölkəyə girişini qadağan etdi.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu ölkə limanlarında koronavirusla mübarizə qərargahının koordinatoru Çingiz Cavadpur deyib.
O bildirib ki, bu qərar koronavirusla mübarizə məqsədi ilə atılıb.
Qərara əsasən Zimbabve, Mozambik, Namibiya, Malavi, Cənubi Afrika, Svatini, Lesoto və Botsvanadan İrana gələn gəmilərin ekipajlarının ölkəyə girişi qadağan edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır