Bu il Aralıq dənizində 1500-dən çox miqrant həlak olub
Ötən həftə Liviya sahillərində qayıqların batması nəticəsində azı 160 nəfər həyatını itirib.
APA-nın xəbərinə görə, bu məlumatı Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.
Təşkilat bildirir ki, 12-18 dekabr tarixlərində 466 miqrant dənizdə tapılaraq Liviyaya qaytarılıb. Bir neçə yüz nəfər dənizi keçərək Avropaya çata bilib. İl ərzində Aralıq dənizində 1500-ən çox miqrant həlak olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır