Yunanıstan və Fransa ən güclü freqatları inşa edəcəklər
Yunanıstan və Fransa yaxın günlərdə üç fransız “Belharra” freqatının inşasına dair yekun razılaşma sənədi imzalayacaqlar.
"Seanews.az” xəbər verir ki, bunu şənbə günü Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis parlamentdə 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Baş nazir bildirib ki, ilk altı “Rafale” qırıcısı yanvarda Tanagra aviabazasına enəcək, “Belharra” freqatına dair yekun razılaşma sənədi isə yaxın bir neçə həftə ərzində imzalanacaq.
Uzunluğu 120 metr və su basımı 4,6 min tondan çox olan “FDI-HN” tipli freqatların tikintisi “Naval Group” gəmiqayırma korporasiyasına həvalə olunacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır