Şərqi Çin dənizində iki gəmi toqquşub
Çin bayrağı altında üzən “HENG YU” konteyner gəmisi Koreyanın 129 tonluq balıqçı gəmisi ilə toqquşub.
“Seanews.az” xəbər verir ki, qəza Şərqi Çin dənizində - Koreyanın Yeosu şəhərindən 50 dəniz mili cənub-qərbdə baş verib.
Toqquşma nəticəsində balıqçı gəmisi sulara qərq olub. Hadisə zamanı batan gəminin göyərtəsində 27 heyət üzvü olduğu bildirilir. 25 balıqçını xilas etmək mümkün olub, 2 nəfər itkin düşüb.
Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Qvanyandan (Yeosu) Çinə gedən “HENG YU” konteyner gəmisi isə toqquşmadan sonra səfərini davam etdirməyib. Gəminin təhqiqat üçün Koreya sularına qayıtmaq əmrini gözlədiyi güman edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır