

Konteyner gəmisinə hücum edən dəniz quldurları 6 heyət üzvünü girov götürüblər
Qvineya körfəzində dəniz quldurları konteyner gəmisinə hücum ediblər.
“Seanews.az” xəbər verir ki, hadisə dekabrın 13-də saat 14:30-da Ekvatorial Qvineyanın Bioko adasının cənub-qərb sahilindən 38 dəniz mili cənub-qərbdə baş verib.
Məlumata görə, gəmiyə qalxan quldurlar 6 dənizçini qaçırıblar.
Gəminin adı rəsmi olaraq açıqlanmayıb, lakin bütün məlumatlar və hadisənin baş verdiyi yer Liberiya bayrağı altında üzən “TONSBERG” konteyner gəmisinə işarə edir. Gəmi Kamerundan Kotonuyanın Benin limanına gedirmiş.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır