

Tayvan boğazında yanğın nəticəsində gəminin daşıdığı yaxtaların 2-si sıradan çıxıb
Tayvanın Kaosyun limanından ABŞ-a kedərkən Tayvan boğazında “BBC VIRGINIA” gəmisinin göyərtəsində yanğın baş verib.
“Seanews.az” xəbər verir ki, gəminin Tayvanın “Dongge Yachts” şirkəti tərəfindən inşa edilmiş 3 lüks yaxta daşıdığı bildirilir. Yanğın nəticəsində bu yaxtaların 2-si sıradan çıxıb.
Yük gəmisi araşdırma üçün Kaosyuna qayıdıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır