

Çinin quru yük gəmisindən dizel yanacağı boşaldılır
Saxalin vilayətinin Xolmsk limanı yaxınlığında saya oturmuş Çinin “Xing Yuan” quru yük gəmisindən dizel yanacağı boşaldılır.
“Seanews.az”-ın əldə etdiyi məlumata görə, gəmidə 100 tondan artıq yanacaq ehtiyatı var.
Mütəxəssislər yanacaq sızmasının olmadığını müəyyən ediblər.
Xatırladaq ki, dekabrın 6-da baş verən hadisə zamanı gəmidə olan 12 Çin vətəndaşından ibarət heyət üzvlərindən heç kəs xəsarət almayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır