

Sinqapurda sayğaclara müdaxilə edən dəstə üzvləri 7 aydan 34 ayadək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər
Sinqapurda bir cinayət qrupun doqquz üzvü, 2020-2021-ci illərdə gəmilərə yanacaq verərkən sayğaclarda fırıldaqçılıq sxeminə görə müxtəlif müddətdə həbs cəzalarına məhkum ediliblər.
“Seanews.az” xəbər verir ki, dəniz yanacağı alıcılarını aldatmaq üçün sənaye maqnitlərindən istifadə etməklə “Southernpec 6” və “Southernpec 7” təchizat tankerlərində olan sayğaclara müdaxilə edilib.
Sinqapur Dənizçilik və Liman İdarəsi və Sinqapur Polis Qüvvələrinin birgə apardıqları istintaqın nəticələrinə görə, fırıldaqçılar ümumilikdə 336 min 930,63 dollarllıq yanacaq mənimsəyiblər.
Cinayət sxeminin üç təşkilatçısı və kapitanın yük üzrə altı köməkçisi 7 aydan 34 ayadək müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır