Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-01,
Seanews
Heyder Eliyev

Təkrar emalı nəzərdə tutulan gəmidə baş vermiş yanğın söndürülüb

Rusiyanın  Petropavlovsk-Kamçatka şəhər dairəsində təkrar emalı nəzərdə tutulan gəmidə yanğın baş verib.

“Seanews.az” xəbər verir ki, dekabrın 7-də  Kamçatka vaxtı ilə saat 14:49-da yanğın barədə  yanğınsöndürmə və xilasetmə xidmətinin dispetçerinə məlumat daxil olub.

Yanğın-xilasetmə hissəsinin əməkdaşları dərhal hadisə yerinə tələsiblər.

Saat 15:14-də yanğın lokallaşdırılıb, saat 15:56-da tamamilə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan divar, döşəmə və tavanın üzlüyü yanıb.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. Dövlət yanğın nəzarətinin əməkdaşları 100x80 metr ölçüdə olan gəmidə yanğının başvermə səbəbini müəyyənləşdirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır