

İlk sualtı qayıq nəzərdə tutulduğundan bir il tez istismara verilə bilər
Tayvan hakimiyyəti gəmi istehsalçılarına öz sualtı qayıqlarının tikintisi üzrə işləri sürətləndirməyi tapşırıb.
“Seanews.az” TASS-a istinadən xəbər verir ki, əldə olunan məlumata görə, ilk sualtı qayıq adanın donanmasının tərkibinə nəzərdə tutulduğundan bir il tez - 2024-cü ildə verilə bilər.
Tayvanda sualtı donanmanın inkişafı proqramının işə salınması 2017-ci ildə elan edilib. Konstruktorlara öz qüvvələri ilə ən azı səkkiz sualtı qayığı tikmək tapşırılıb. İlk gəminin layihəsinin hazırlanması üzərində işə isə bir il əvvəl başlanılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır