

Sərnişinlərin və heyətin istehlak etdiyi təmiz su bortda duzsuzlaşdırma stansiyaları tərəfindən istehsal olunacaq
Sərnişin daşıma şirkəti kimi tanınan “Costa Cruises”, donanmasını yeni gəmi ilə zənginləşdirib: mayeləşdirilmiş təbii qazla işləyən "yaşıl" “Costa Toscana” laynerini istismara qəbul edib.
“Seanews.az” xəbər verir ki, uzunluğu 337 və eni 42 metr olan gəmi 6730 sərnişinlə səfərə çıxacaq.
Layneri inşa edən Finlandiyanın “Meyer Turku” gəmiqayırma şirkətinin sözlərinə görə, LNG ehtiyatından daha qənaətli istifadəni təmin edən təkmilləşdirilmiş hərəkət sisteminə malik gəmidə eyni zamanda, sərnişinlərin və heyətin istehlak etdiyi təmiz su bortda duzsuzlaşdırma stansiyaları tərəfindən istehsal olunacaq.
Heyət üzvlərinin sayı 1646 nəfər olacaq “Costa Toscana”, “Meyer Turku” şirkəti tərəfindən İtaliya kruiz xətti üçün inşa edilmiş ikinci LNG layneridir. Finlandiya gəmi inşaatçıları maye qazla işləyən eyni tipli “Costa Smeralda” laynerini 2019-cu ildə sifarişçiyə təhvil vermişdilər.