Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-01,
Seanews
Heyder Eliyev

Çin, ticarət donanmasının ümumi dəyərinə görə də dünyada birinci yerdədir

Milli gəmiqayırma sənayesi üçün müqavilələrin sayına və sifarişlərin tonajına görə lider kimi tanınan Çin, ticarət donanmasının ümumi dəyərinə görə də dünyada birinci yerdədir.

“Seanews.az” xəbər verir ki, bu, “VesselsValue” konsaltinq şirkətinin mütəxəssislərinin gəmilərin ilkin dəyərinin və müvafiq yükdaşıma tariflərinin dinamikasının hərtərəfli təhlili əsasında gəldiyi qənaətdir. 2021-ci ilin yanvar-noyabr aylarında Çinin ticarət donanması, əsasən, konteyner daşımalarına tələbatın və müvafiq olaraq konteyner gəmilərinin qiymətlərinin və yük tariflərinin artması, ixtisaslaşdırılmış gəmilərin istifadəsi hesabına dəyərini 191 milyard dollara çatdırıb.

Hazırda Çin operatorları bütün qlobal konteyner donanmasının əksəriyyətinə nəzarət edirlər/ Bu da onlara əlverişli bazar şəraitindən tam istifadə etməyə və konteyner daşınması üçün yükdaşıma tariflərinin artırılmasından əlavə gəlir əldə etməyə imkan verir. Beləliklə, “COSCO Shipping” şirkəti ümumi dedveyti 114 milyon ton olan müxtəlif tipli 1370-ə yaxın gəmini idarə edir ki, bu da bütün dünya ticarət donanmasının demək olar ki, 5%-ni təşkil edir.

Bundan əlavə, yeni konteyner gəmilərinin (xüsusən də super konteyner gəmilərinin) tikintisi üçün müqavilələrin əksəriyyəti Çin gəmi istehsalçıları ilə bağlanır. Belə ki, 2021-ci ilin on ayı ərzində bu tip gəmilərin tikintisi üçün verilən 516 sifarişdən 238-i Çinin gəmiqayırma zavodlarında yerləşdirilib.

Nəzərdən keçirilən dövrdə Çin ticarət donanmasının ümumi dəyərində əhəmiyyətli artım onun quru yük seqmenti ilə də təmin edilmişdir. Balkerlər üçün yükdaşıma tariflərində müşahidə olunan artım bütövlükdə Çin quru yük donanmasının dəyərini iki dəfə - 28 milyarddan 53 milyard dollara qədər artırıb.

Qeyd edək ki, əvvəllər daşıma aktivlərinin dəyərinə görə lider olan Yaponiya indi ikinci yerdədir (187 milyard dollar).


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır